Reklam verin!
AzeriBlog

Anya

Qəlbimdə Qorki şəhərinə böyük sevgi var. Bu, nə Maksim Qorki və nə də ulyanovlar ailəsi ilə əlaqədardır. Məni Qorkiyə bağlayan orada yaşayan rus bacım Anyadır.

Atamın gənclik illəri Rusiyada keçib. Orada təhsil alıb, oxuyub, işləyib, ailə qurub. Anya adlı bir qızı olub. Sonra atam ailəsini atıb, vətənə dönüb. Burada-vətənində el adətincə evlənməli, ailə-uşaq sahibi olmalıymış. Hər şey el adətincə olur- Rusiyadan qayıdan, bir az yaşı keçmiş atam qonşu kənddən azyaşlı gözəl- göyçək bir qızla evlənir.

Davamı...
Açar sözlər: anya rus izdivac qardaş məktub 

Proza | Şərhlər(2) | 16 baxış

Bal ayı

Yenə də böyük bir şans, yenə də hər anı ömrümüzə bərabər bir fürsət. Şübhəsiz, şansımızı yoxlamağa dəyər. Həm də bu şansdan tərəddüdlə deyil, qətiyyətlə istifadə etməyə çalışmaq gərək. Ona görə ki, həyatımızı yalınız qətiyyətli addımlarla xilas edə bilərik- bulaşıqlıqlardan, rəzilliklərdən, heyvanilikdən - başqa çıxış yolu yox!
Yenə də Allah bizi - müsəlman ümmətini ziyafətə dəvət edib. Bu ziyafətdə daddıqlarımız ruhumuzun qidası, qəlbimizin safası. İndi ixtiyar sənin, ya insan oğlu insan kimi bu dəvəti qəbul edər, böyük ruh yüksəkliyi ilə Allahın qonağı olar, ya da... Ya da nə çox dünyada nankor insan!

Davamı...
Açar sözlər: bal ayı ramazan bahar ibadət 

Mülahizələr | Şərhlər(7) | 54 baxış

Bal ayı

Mübarək ramazan ayının gəlişi ilə bütün müsəlmanları təbrik edirəm. Bu ay hamınıza uğur, səadət gətirsin. Allah bütün ibadətlərinizi qəbul etsin, amin!


Açar sözlər: ramazan bal ayı ibadət 

Mülahizələr | Şərhlər(4) | 32 baxış

Qeyri-təbii fəlakət

Bu günün narkoman gənci sabahın valideynidir. Vay gələcək nəsilin halına! Artıq o vaxt ata-bala, yaşlı və gənc nəsil birlikdə uyacaqlar. Uyan nəsildən “uybala”dan başqa heç nə çıxmaz. “Həkim bala”, “müəllim bala”, “alim bala” və s. və s. dəyərli balalalar anlayışlarına son qoyulacaq.

Davamı...
Açar sözlər: narkoman alkoqol pakistan uyuşdurucu fəlakət 

Mülahizələr | Şərhlər(0) | 19 baxış

Ən sevimliyə məktub

Cib telefonumu özümlə gəzdirməyi çox da xoşlamıram. Sözün düzü, gün ərzində telefonuma ya zəng gəlmir, ya gələn zənglərin sayı çox az olur. Özüm isə yalınız ata-anama, ara-sıra isə bacı-qardaşlarıma zəng edirəm. Ona görə də mənə çox da faydası olmayan telefonu daşımaq bir qədər xoş gəlmir və bu səbəbdən mobil - mühərrik telefonum sabit - ev telefonuna çevrilib.
Dünən, cümə günü axşam evdə məlum olmayan səbəblərdən darıxırdım. Sankı içimdə bir nisgil vardı. Stolun üzərindəki “ev telefonu”na gözüm sataşdı. Götürüb bir az əlimdə oynatdım. Nədənsə ürəyimdən sevimli Peyğəmbərimizə (s) bir məktub yazmaq keçdi.

Davamı...
Açar sözlər: peyğəmbər telefon məktub mobil 

Mülahizələr | Şərhlər(4) | 46 baxış

Edamdan ağır cəza

Aşa-aşa otağa daxil olub  qapını astaca arxasınca örtdü. Elə ordaca- qapının ağzında  oturdu. Belini qapıya söykədi. Möhkəm üşüyürdü, dizi, çənəsi tir-tir əsirdi. Yazıq-yazıq dizlərini qucaqladı. Amma heç də dəqiq məlum deyildi ki, Rusiyanın dözülməz soyuğu onu üşüdür və yaxud gecə yarısı yuxuda gördüyü kabuslar. Yenə də ötən bir il altı ay ərzində olduğu kimi qorxurdu- otağın qaranlığından, tənhalıqdan və gecə yarısı gördüyü kabuslardan.

Üzərində ağır yük varimiş kimi ağır-ağır yerindən qalxdı. Otağın işığını yandırdı. Heç nə yerində deyildi. Çox da böyük olmayan şüşə masanın üstü bulaşıq qablarla dolu idi. Balış çarpayının yuxarı tərəfində yerə düşmüşdü. Pələng dərisinə bənzəyən açıq qəhvəyi rəngli ədyalın  yarası çarpayıda, yarsı isə yerə sərilmişdi. Şüşə masayla çarpayı arasındakı məsafə arasında  sərilmiş qırmızı güllü- Gəncə xalçalarına xatırladan kiçik xalı əzilmiş kağız dəsmallarla dolu idi.Yalınız bir qara rəngli şalvar, bir ag və bir də mavi rəngli uzun qollu köynək qapı ağzında divara mıxlanmış asılqandan asılmışdı. İki pəncərə arasındakı divardan asılan və tıq-tıq səsləri onun sinirlərinə işləyən  ağ rəngli dairəvi saat gecə saat 12-ni göstərirdi.

Davamı...
Açar sözlər: edam proza cəza tehran 

Proza | Şərhlər(0) | 31 baxış

Mərcimək sevgisi

İnsan çox qəribə varlıqdır. Hətta o qədər qəribədir ki, ondan baş açmaq qeyri-mümkündür və ya həddindən artıq çətindir. Bunun səbəbi başqa-başqa amillər ola bilər. İtaliyan filosofu Vico Giambattista (Napoli, 1668-1744) deyirmiş ki, insan yalınız özü yaratdığı bir şeyin həqiqətini dərk edə bilər. Aha, bir səbəb aydın olur. İnsanın yaradıcısı biz deyilik, ona görə də insan oğlunu tam aydınlığı ilə tanımaq kerçəktən zor. Plyus, Alexis Carrel (France, 1873-1944) “İnsan- üstü açılmamış varlıq”ını da nəzərdə tutaq.

Davamı...
Açar sözlər: niyam aqil musa muselman ümməti 

Mülahizələr | Şərhlər(0) | 25 baxış

Yoldan ötən insanlar və mən

Bilmirəm niyə

İndi daha çox

piayda gəzməyi sevirəm.

Küçələrdə

ötüb keçdiyim adamların

gözlərindəki

sevgi,

nisgil,

yorgunluq,

ümid

necə də tanışdır

Davamı...
Açar sözlər: niyam aqil insanlar şeir 

Şeirlər | Şərhlər(6) | 58 baxış

Etika

Əxlaq dedikdə “morality” - əxlaqi dəyərlər, etika (ethics) və ya əxlaq fəlsəfəsi dedikdə isə bu dəyərlər barədə söz açan elm nəzərdə tutulur.
Etika və ya əxlaq fəlsəfəsi üç qismə bölünür: meta etika və ya analitik etika (meta ethics), normativ etika (normative ethics) və təsviri etika (descriptive ethics). Bəzən isə tətbiqi etika da (applied ethics) bu bölmələrə əlavə edilir.

Davamı...
Açar sözlər: etika fəlsəfə niyam aqil 

Fəlsəfə | Şərhlər(2) | 34 baxış

İnternet və uşaqlar

"Qeyd edilməsi lazım olan məqamlardan biri də budur ki, internetdən yalnız səmərəli istifadə etmək istəyənlər də təsadüfi olaraq pornoqrafik saytlarla qarşılaşa bilərlər. Misal olaraq, 8 yaşlı qız internetdə “Sindirla” əfsanəsini axtararkən, axtarış proqramında “Sindrla” kəlməsini yazdıqda bir çox versiyalarla qarşılaşır. Bu versiyalardan biri “Sindirlanı yalnız özünüz görün” başlığından ibarətdir. Bu linkin üzərinə tıklayan qızcığaz qəfildən lüt bir qadının öz cunsi orqanı ilə oynadığını görür. Belə halları cinsi soyqırım adlandırmaq lazımdır".

Davamı...
Açar sözlər:

Məqalələr | Şərhlər(0) | 41 baxış

Vaxt

 (Uşaqlar üçün)

Yay fəsli idi. Günəş şəfəqlərindən sanki od püskürürdü. Hamı bir sərin yer, kölgəlik axtarırdı. Rza babagilin həyətində isə bir cənnət abu-havası vardı. Həyətin ətrafında qəmbər daşlarla hörülmüş hasar boyunca səliqə ilə hündür tut, əncil, palıd, dəmir ağacları baş qaldırmışdı. Bu ağacların qarşısında isə  alma, armud, heyva, fındıq,  nar, naringi, limon, feyxoa ağacları əkilmişdi. Sanki hündür ağaclar əl-ələ verərək balaca boylu ağacları dövrəyə almışdılar.

Davamı...
Açar sözlər: niyam aqil hekayə proza uşaqlar 

Proza | Şərhlər(0) | 32 baxış

İslam və insan hüquqları

Günümüzdə aktual mövzulardan biri də insan hüquqları məsələsidir. Uyğun mövzuya müxtəlif prizmalardan yanaşmaq olar və yanaşılıb. Lakin biz insan hüquqları məsələsinə yazıya seçdiyimiz ad əsasında münasibət bildirməyə çalışacağıq. Yəni həm İslam dinin məqsədi, bu dində insanın mövqe və dəyəri və sonda isə İslamın insana verdiyi hüquqlar barəsində söz çacağıq.
İslam, ümumiyyətlə monoteist dinlərin əsas prinsipi insanlara düzgün həyat tərzini göstərmək, onları kamala çatdırmaqdır. İslam dini bu istiqamətdə həm əqidəvi, həm əxlaqi və həm də şəri-hüquqi kodeks qarşıya qoyub.

Davamı...
Açar sözlər: niyam aqil islam hüquq 

Mülahizələr | Şərhlər(2) | 48 baxış

Allahim, sən mənim istədiyimsən, bəs mən necə?

Allahım, Sən qadirsən, maliksən, xaliqsən, alimsən, adilsən, mərhəmətlisən, əzəmətlisən. Allahım, hər şeyin əvvəli, axırı sənsən, batini, zahiri sənsən. Allahım, rəzzaq sənsən, ğəffar sənsən, səttar sənsən. Razı qalan Sən, razı salan Sən. Allahım, kamal sənsən, ucalardan uca sənsən, heç bir vəsfə sığmayan Sən.
Allahım, mülk sənindir, güc sənindir, elm sənindir, şöhrət sənindir, qüdrət sənindir, xilqət sənindir, mən səninəm. Arzuladığım, istədiyim, qovuşmaq istədiyim sənsən.

Davamı...
Açar sözlər: niyam aqil ədəbiyyat dua 

Mülahizələr | Şərhlər(2) | 52 baxış

Dirol

Damını örtdüyü evin aşağı  mərtəbəsində əyin-başını dəyişdi. Çölə çıxıb bir az aralıdan indicə başa çatdırdığı işinə nəzər saldı. Üzündə məmnunluq vardı. Gördüyü işdən razı idi. Ev sahibi də gəldi. Usta ilə işi haqqında danışdı. Söhbət əsnasında onun da  işdən razı olması məlum oldu. Hər ikisi bir-birinə halallıq verdi. Usta əmək haqqını  alıb birbaşa super marketə yollandı. Yaxşıca bazarlıq elədi. Araq almağı da unutmadı. Evə qayıtdı. Anası, bacısı ilə dilucu hal-əhval tutdu. Əl-üzünü yuyub masa arxasında əyləşdi. Kefi kök idi. Arvadı onun acdığını hiss edib, masa üzərinə süfrə sərdi. Gözü arvadına sataşanda üzünə təbəsüm qondu. Anasına baxa-baxa- gəlin deyil e kukladı, kukla- deyib özündən razı halda gülüb, dişlərini ağartdı. Süfrəyə yemək gəldi. Araq şüşəsinin qapağı açıldı. Usta yeməkdən çox, araq içirdi. Kefi get-gedə durulurdu. Əlində stəkanı tutmaqdan məlum olurdu ki, təmamilə sarxoşdur. Mətbəxdən çıxan anasını görcək dili açıldı.

Davamı...
Açar sözlər: niyam aqil hekayələr proza 

Proza | Şərhlər(0) | 43 baxış

Sms

Günəş şəfəqləri hər yanı nura qərq etmişdi. Taybatay açıq pəncərələrdən ilıq bahar havası otağa dolmuşdu. Bu gözəl ab-havada Zəhra xalanın da kefi ürək açan idi. Ötən günlərin iztirabından, qəm-qüsəsindən əsər qalmamışdı. O, səhər tezdən təzə gəlin çevikliyi ilə otaqları səliqə-səhmana salmış, həyat-bacaya əl gəzdirmişdi. İndisə günorta yeməyinə hazırlıq görürdü. Mətbəxdə dəmə qoyulmuş plovun, toyuq ləvəngisinin, səbzi-kükünün xoş qoxusu hər yanı bürümüşdü. Bu gün Zəhra xalanın ad günü idi.
Zəhra xala tək yaşayırdı. Həyat yoldaşı Nadir 5 ilə yaxın idi ki, dünyadan köçmüşdü. Gözünün ağı-qarası yeganə oğlu isə atasının qırxı çıxar-çıxmaz Rusiyaya yolanmışdı. Onun yeganə həmdəmi qapı qonşusu Gülər idi. Gülər hər gün universitetdən evə qayıdan kimi anası qədər sevdiyi Zəhra xalaya baş çəkər, ona bacardığı köməyi əsirgəməzdi.

Davamı...
Açar sözlər: niyam aqil hekayələr proza 

Proza | Şərhlər(1) | 48 baxış


  Yazılar cəmi: 37    Sonrakı səhifə »